Qızı Flora Kərimovadan danışıb kövrəldi - VİDEO

MAQAZİN
11:00 / 21.11.2022
1400

“Anam üçün çətindir. Qardaşım Almaniyada, mən Londonda yaşayırıq. Amma anamı sevən 8 milyon insan var. O da onu seçdi”.

HİT.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimovanın Londonda yaşayan qızı  Zümrüd “Günaydın, Azərbaycan” proqramında deyib.

Anasından bəhs edən Zümrüd kövrəlib.

“Flora xanıma nəsə olsa, Zümrüd Bakıda olmasa, özünüzü bağışlaya bilərsiniz” sualına o, “bunu düşünmək belə çətindir. Bilmirəm, həmin an qəlbimdən, ağlımdan nə keçəcək. Bir onu bilirəm ki, daxili dünyam alt-üst olacaq. Səhvimiz varsa, ana, bağışla bizi”, - cavabını verib.

O əlavə edib ki, övladının mayın 19-da 1 yaşı tamam olacaq və onu Bakıda qeyd edəcək.

0