İki məşhur aparıcının verilişində istifadə edilən senzuradankənar sözlər onların təmsil olunduğu telekanallara xəbərdarlıq olunması ilə nəticələnib.
Hit.az xəbər verir ki, xəbərdarlıq Audiovizual Şura tərəfindən MTV və ATV telekanalına edilib.
Buna tanınmış aparıcı Nanə Ağamalıyevanın aparıcılığı ilə ATV-də yayımlanan “Günün sədası” proqramında Xalq artisti Natiq Şirinovun zorakılıq və qəddarlıqla bağlı səsləndirdiyi ifadələr səbəb olub:
“Atam biz səhv edəndə şillə vururdu. Oğlum Ümidə bilirsiniz nə qədər əziyyət vermişəm? Deyirlər, vurmaqla uşaq böyüdərlər? Lazım olanda hə. Əgər uşaq narkotik aludəçisi olarsa, onu döymək nədir, didərəm. Ata gələndə uşaq ayağa durmursa, onu didərəm”.
MTV-yə xəbərdarlıq isə prodüser Tarix Əliyevin “Ümid ilə gəl” proqramında Fərman adlı şəxsin qadına şiddət göstərməsindən bəhs etməsi, onun ünvanına təhqiramiz ifadələr səsləndirməsi səbəbindən edilib.