Müğənni Rəqsanə İsmayılova keçmiş həyat yoldaşından danışıb.
HİT.az xəbər verir ki, o, bu barədə "Zaurla Günaydın” verilişində aparıcı Zaur Baxşəliyevlə söhbətləşib.
İfaçı bildirib ki, keçmiş həyat yoldaşından dünyaya gələn qızı Yağmur atasını görmək istəyir:
"Biz buna etiraz etmirik. Artıq 14 yaşı var. Bu, onun haqqıdır, onun fikrinə hörmətlə yanaşıram. Fazil müəllim də onun fikrinə normal yanaşdı. Üzümüzə gələn həftə məhkəmə vasitəsilə istəyirik ki, analizlər keçirilsin, hər şey qanun çərçivəsində olsun. DNT testi ona görədir ki, atası əvvəllər qəbul etmirdi. Yağmur atasını tanımalıdır və bu, məhkəmə yolu ilə təsdiqlənməlidir”.
Daha ətraflı videoda: