Rusiyada azərbaycanlı kimi təqdim olunan, +18 rollarda yer alan aktrisa - Səbinə Əhmədova kimdir?

MAQAZİN
14:34 / 26.11.2022
2844
Aktrisa Səbinə Əhmədova uzun illərdir Rusiyada yaşayır. Qonşu ölkədə azərbaycanlı kimi təqdim edilən sənətçi bir çox filmlərdə və serilalarda rol alıb. O, tamaşaşıların diqqətini daha çox ekran işlərində oynadığı açıq-saçıq obrazları ilə çəkib. Səbinə xarici mətbuatda əslən azərbaycanlı kimi təqdim edilsə də, belə deyil.
 
BAKU.WS Səbinə Əhmədova haqqında heç kimə bəlli olmayan olmayan faktları təqdim edir:
 
Rusiyada yaşayan azərbaycanlı kimi təqdim edilən Səbinə Gülbala qızı Əhmədova 1981-ci ildə Bakıda anadan olub. Onun anası ermənidir. Atası isə yarı yəhudi, yarı azərbaycanlıdır. Aktrisanın atası mühəndis kimi çalışıb. Səbinə valideynlərinin yeganə övladıdır. Onun ailəsi 1990-cı ildə Bakıdakı məlum hadisələr zamanı Rusiyaya köçüb.
 
 
Ailəsi Səbinəyə heç vaxt nəyəsə görə qadağa qoymayıb. Tam sərbəst böyüyüən aktrisa 16 yaşında Vldimir Nikolayeviç Komratovdan ustad dərsləri almağa başlayır. Daha sonra o, aktyorluq təhsilini ABŞ-da davam etdirir. Səbinə verdiyi müsahibələrindən birində, Amerikaya yeni getdiyi vaxtlarda  ingilis dilini bilmədiyi üçün çətinliklərdələ qarşıladığını deyib. Lakin sonra dili öyrənib və orada iki il müdddətinə aldığı təhsillə sənətinə daha yaxşı yiyələnib.
 
 
O, Los-Ancelesdə yaşadığı dövrdə Meril Strip, Barbara Streisand və Dastin Hoffman kimi tanınmışlarla əməkdaşlıq edən məşhur rejissor Allan Miller ilə işləmək şansına sahib olur. Əhmədova çəkiliş meydanına ilk dəfə 2003-cü ildə gəlir. O, müharibədən bəhs edən, dram janrlı "Диверсант. Конец войны" filminə Rol alır. 
 
 
2017-cu ildə xarici mətbuatda Səbinənin ailə quracağı ilə bağlı xəbərlər yayılır. Onun erməni milyonçu, "Rosqostrax' şirkətlər qrupunun prezidenti Danil Xaçaturova ərə getməyə hazırlaşdığı qeyd edilir. 
 
 
Danil, Əhmədovadan əvvəl 2008-2013-cü illərdə dizayner Ulyana Sergeyenko ilə ailə olub, daha sonra isə boşanıb. Daha sonra rejissor Anna Məlikyanla sevgi məcarası yaşayıb. Erməni milyarderin 3-cü məhəbbəti isə Səbinə Əhmədova olub. 
 
 
Hazırda Səbinənin övladı yoxdur. O, aktrisalıq fəaliyyətini davam etdirir. Səbinə filmlərlə yanaşı, seriallarda da çəkilir. 
 
 
 
2