04.12.2022 il tarixində standartlardan kənar, möhtəşəm bir layihə - "Beauty Day" keçirildi.
Hit.Az xəbər verir ki, Azərbaycanda ilk dəfə olan bu layihədə gənc stilist, vizajistlər, qaş laminasiya ustaları, permanent makeup ustaları öz bacarıqlarını nümayiş etdirdilər və əl işlərini canlı olaraq ictimaiyyətə göstərdilər.
Layihənin məqsədi gənc və bacarıqlı ustalara dəstək olmaq və onları tanıtdırmaqdır. Kreativ saç kəsimləri, fərqli makeup-lar, permanent üslubları və eyni zamanda yeniliklər təqdim olundu.
Əsas məqsədi gənclərə dəstək olmaq layihənin rəhbəri tanınmış professional makeup ustası Aygün Amralıdır.
Bildirək ki, layihə davamlı olacaq. Hər ay "Park Bulvar AVM" təşkilati dəstəyi ilə keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, "Beauty Day"in təkilati dəstəkçilərindən biri də "Modesto Azərbaycan"dır. "Beauty Day"in təkilati dəstəkçilərindən biri də "Modesto Azərbaycan"dır.
Yaşı 19 olan stilist Nicat iştirakçilar arasında öz əl işi ilə ən yüksək performans nümayiş etdirdi. Bu da o deməkdir ki, bu layihə hələ çox professionallar ustaları önə çıxaracaq.
Qeyd edək ki, layihənin mətbuat katibi Tural Hüseyndir.
İnformasiya dəstəyi Hit.Az saytına məxsusdur.