Azərbaycanlı modelyer Rüfət İsmayıl dələduzluqla üzləşib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, uzun illərdir Türkiyədə yaşayan modelyer bir tikinti şirkətinin onun 5 milyon 250 min lirə (təxminən 475 min AZN) pulunu mənimsədiyini deyib.
Belə ki, İsmayil 10 il əvvəl Esenyurtda aldığı 158 m2 ev üçün 280 min dollar (yəni 475 min AZN) ödəyib. Modelyerə bildirilib ki, ev 2015-ci ildə təhvil veriləcək. Lakin şirkət hər dəfə vaxtı uzadaraq sonda müflis olduğunu açıqlayıb.
Bundan sonra İsmayıl "Mənə edilən bu haqsızlığı qəbul etməyim mümkün deyil. Haqqımı sonuna qədər alacam" deyərək sözügedən şirkəti məhkəməyə verib.