Bakı Dövlət Universiteti Röya Ayxanın qeyri-qanuni şəkildə ali təhsil ocağına qəbul olunması ilə bağlı yayılan məsələyə münasibət bildirib.
HİT.az Oxu.az-a istinadla xəbər verir ki, BDU-nun rəsmi cavabında universitetin məzunları arasında Röyalə Nəcəfova adlı məzunun olmadığı vurğulanıb.
Universitetdən qeyd edilib ki, R.Nəcəfova BDU-ya əlavə təhsil üzrə qəbul olunub, lakin sonradan təhsil müəssisəsindən xaric edilib.