İlk gözəllik layihəsi, "Azerbaijan Beauty Day 2" keçirildi - FOTOLAR

MAQAZİN
23:59 / 18.02.2023
1509

Standartlardan kənar, möhtəşəm bir layihə - "Beauty Day 2" keçirildi.

Hit.Az xəbər verir ki, Azərbaycanda ikinci dəfə olan bu layihə 14.02.2023 tarixində Park Bulvarda baş tutdu.

Layihədə gənc stilist və vizajistlər, qaş laminasiya ustaları, permanent, makeup ustaları, microblading və piercing ustaları, eləcə də dırnaq ustaları öz bacarıqlarını nümayiş etdirərək, əl işlərini canlı olaraq ictimaiyyətə  təqdim etdilər. 

Layihənin məqsədi gənc və bacarıqlı ustalara dəstək olmaq və onları tanıtdırmaqdır. Kreativ saç kəsimləri, fərqli makeup-lar, permanent üslubları və eyni zamanda yeniliklər təqdim olundu.

Tədbirdə bir çox tanınmış simalar, professional stilistlər və vizajistlər, modelyerlər, gozəllik sahəsini təmsil edən məhşur bloqerlər, tanınmış müğənnilər iştirak ediblər.

Əsas məqsədi gənclərə dəstək olmaq layihənin rəhbəri tanınmış professional makeup ustası Aygün Amralıdır.

Layihəyə dəstək oldular: "Salon avadanlıqları mağazası", "Modesto Salon Design", "Azərbaycanın ən seçilən AVM-si "Parkbulvar" və BIZON enerjidir.

Qeyd edək ki, layihənin mətbuat katibi Tural Hüseyndir.

0