Telman Həsənov: "Bu faciəni görmək çox ağır imtahan idi"

MAQAZİN
10:07 / 01.03.2023
1655

Gənc müğənni Telman Həsənov Türkiyədə baş verən dəhşətli zəlzələ barədə danışıb.

Hit.Az xəbər verir ki, belə ağrılı-acılı hadisə ona çox pis təsir edib.

O, zəlzələdə dünyasını dəyişən körpə uşaqlara görə, çox kövrək olduğunu bildirdi.

"Sənət adamı olaraq demək olar ki, hər gün mahnılar ifa edir, ildə bir neçə dəfə klip ərsəyə gətirirəm. Amma qardaş ölkədə baş verən dəhşətli zəlzələdən sonra mikrafonu götürməyə belə həvəsim qalmayıb. Ruhum, fikrim hələ də o dəhşətli mənzərədə həlak olan, xəsarət alan və o faciəni yaşayanların yanındadır. Düzdür, həyat davam edir, amma o faciəni unuda bilmirəm. Çalııram özümü toparlayım. Çünki yeni layihələrin üzərində iləməliyəm".

0