ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi gənc ifaçı Dilarə Kazımova olub.
Müğənni olduqca maraqlı açıqlamalar verib:
“Sosial şəbəkələrdə səni sevirəm yazanlar çoxdur. Amma bilmirəm, həqiqətən sevirlər, ya yox?! İnsan seviləndə daha da ruhlanır. Qismətə çox inanıram. Çox sevəcəyim və ondan uşaq dünyaya gətirmək istəyəcəyim adamı hələ ki, tapmamışam. Zamanı gəlincə hər şey olacaq. Hal-hazırda bir kitab oxuyuram Orada yazılıb ki, siz indi yaşadığınız zamanı sevməlisiniz. Çünki fikirlərimiz bizi həm öldürə, həm də xoşbəxt edə bilər. Hər dəfə ya keçmişi yad edirik, ya gələcəyi xəyal edirik. Düzgün deyil. Anı yaşamaq lazımdır. Bu vacibdir”.