Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
HİT.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı Kratos restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Aytac Bayramzadə rəqqasə Fatimə Fətəliyevanın köməkçisidir.