Hakim Meqanla bağlı qərar verdi

MAQAZİN
10:35 / 02.04.2023
1052
Meqan Markl və şahzadə Harri son günlər ictimai tədbirlərdən çox məhkəmələri ilə gündəmə gəlir. Hit.az xəbər verir ki, Harri "Daily Mail" nəşri ilə qalmaqalına görə məhkəməyə çağrılıb. Markl isə eyni gündə ögey bacısı Samantanın məhkəməsində müttəhim kimi çıxış edib. Şahzadənin jurnalistlərə qarşı iddiası yenicə başlasa da, arvadı artıq qələbə ilə öyünüb. Belə ki, Florida məhkəməsi onu günahsız hesab edib. Meqanın ögey bacısı, 58 yaşlı Samanta Markle 2021-ci ilin martında Opra Uinfrey ilə mübahisəli müsahibə zamanı məşhur qohumunu "açıq-aşkar yalan və zərərli ifadələr verməkdə" günahlandırıb. Hersoginyanın çətin uşaqlığı ilə bağlı açıqlamaları, Samantanın dediyinə görə, onu dəhşətli dərəcədə aşağılayıb. Qadın qüruruna dəyən zərər üçün 75.000 dollar təzminat istəyib. Lakin hakim Meqanın sözlərinin şəxsi fikir olduğunu və buna görə də yalan hesab edilə bilməyəcəyini bildirərək, iddianı rədd edib. "Müttəhim, sadəcə olaraq, uşaqlığı və bacı-qardaşları ilə münasibəti haqqında fikirlərini ifadə edir" deyə, hakim bildirib.
0