Əməkdar artist ərə getmək istəyən xalasını biabır etdi: "Heç olmasa, ili çıxardı"

MAQAZİN
17:00 / 05.04.2023
1037
“Lalə” qızlar ansamblının solisti, Əməkdar artist Rəhilə Bəndəliyevanın xalası Mülayim xanım ailə qurmaq üçün efirə çıxıb. Nəticədə müğənni ilə xalası arasında qalmaqal yaşanıb. Hit.az lent.az-a istinadən xəbər verir ki, Mülayim xanım həyat yoldaşının dünyasını dəyişdiyini və yenidən ərə getmək istədiyini deyib: "Həyat yoldaşım son gününə qədər yanımda olub, ayrı yaşamamışıq. Tək qala bilmirəm. Oğlum öz həyat yoldaşı ilə kefdədir" Verilişə zəng edən Rəhilə Bəndəliyeva xalasının ərinin vəfatından 1 il keçmədiyini bildirib. "Xalamın yoldaşının əri yeni rəhmətə gedib. Heç ili çıxmayıb. Heç olmasa, ərinin ili çıxardı. Hamı onu qınayacaq. 16 nəvəsi var, birini götürüb yanında saxlasın"
0