Bir neçə gün öncə millət vəkili Fazil Mustafa ölkədəki karantin rejimi ilə əlaqədar, 20-30 nəfərdən artıq şəxs olmamaqla toyların keçirilməsinə icazə verilməsi ilə bağlı açıqlama verib.
Onun fikirlərinə görə, toyu olan bəy və gəlin üçün bank hesabı açılmalı, qohum və tanışlar pulu online şəkildə ödəyə bilər.
Millət vəkilinin bu fikirləri sosial şəbəkədə geniş müzakirəyə səbəb olub.
Belə ki, aparıcı Tarix Əliyev instaqram hesabında video paylaşaraq məsələyə münasibətini bildirib: "Bu da təzə çıxdı...Özlərini lap ağıllı hesab edirlər. Toylar olmasın, yalnız 20-30 nəfər qonaq olsun. Siz övladlarınıza toy edəndə ən azı 1000 nəfər dəvət edirsiniz. Heç sizin qonaqlarınızın pulunu saymırlar, amma kasıbın pulunu tez saymaq istəyirsiniz?".
Big.az