Əməkdar artist Nigar Şabanovanın ailəsində ağır itki üz verib.
Hit.az xəbər verir ki, xanəndənin xalası Zema 58 yaşında dünyasını dəyişib.
Bu barədə "Instagram" hesabında paylaşım edən Nigar Şabanova yazıb:
"Mənim xalam çox gözəl idi, qəlbi gözəl, rəftarı gözəl, özü gözəl, sözü gözəl. Sən bizi yandırdın, Zemam. Sən çox güclü idin. Niyə belə etdin? O qədər sözüm var sənə deyəsi. Gəldim, məni qarşılamadın. Qanım qadımdan deyil, amma sənin xalalarımdan seçmədim. Mənim 4 yox, 5 xalam var idi. Zəhmətimi çox çəkmisən, haqqını halal elə. Allah sənə rəhmət eləsin".