Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənovun başına iş gəlib.
Hit.az bizim media-ya istinadən xəbər verir ki, məşhur bloqer sosial şəbəkə hesabında video paylaşaraq bildirib ki, onun müvəqqəti qeydiyyatı bitdiyi üçün avtomobillərinin bahalı nişan nömrələri ləvğ olunub.
"Başıma gələn xoşagəlməz əhvalatı sizinlə bölüşmək istəyirəm. Dubaya uçdum. Mənim müvəqqəti qeydiyyatımın vaxtı bitib. Niyə müvəqqəti? Ona görə ki, Moskvadakı "Moscow City" mənzillərinə qeydiyyata düşmək olmur. Mən başqa mənzildə qeydiyyatda idim. Moskvaya geri qayıtdım və görürəm ki, bütün avtomobillərimi qeydiyyatdan çıxarıblar. Çünki daha əvvəl dediyim kimi, qeydiyyatımın vaxtı bitib. Və avtomobilimin nişan nömrələri ləvğ edilib. Dəyəri 10 milyon rubl (təxminən 208 min manat) O - 001 - CO - 99, T - 001 - OP - 99 nömrələr ləvğ olundu. Məcburiyyətdən yeni nömrə alıb, dəyişdirdim. Təbii ki, bu nömrələr müvəqqətidir. Daha yaxşı nömrələr alacağam. İndi köhnə nömrələrim heç kimə aid deyil, onları götürmək olmaz. Mənim xasiyyətimdə bir xüsusiyyət var, həyatımda nə baş verməyindən asılı olmayaraq, düşünürəm ki, hər şey bundan da yaxşı olacaq", - deyə Hüseyn vurğulayıb.
Qeyd edək ki, Hüseyn Həsənov həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır. Bundan savayı o, Dubayda mülk alaraq, orada müddətsiz yaşamaq hüququ əldə edib.