Röya Ayxan: "Kimsə məni barışdırmasın"

MAQAZİN
13:01 / 15.04.2023
1399

"Haqqımda elə deyirlər, amma kaprizli deyiləm. Sadəcə olaraq, nə istədiyimi bilirəm". 

HİT.az xəbər verir ki, bu sözlər Xalq artisti Röya Ayxan "MTV xəbər"ə müsahibəsində deyib. Sənətçi küsülü dostlarını barışdırmağa cəhd etmədiyini, hətta sərt qadağasının da olduğunu bildirib:

"İnsan olduğu kimi qalmalıdır, mən onun tərəfdarıyam. Kimisə barışdırmaq istəmirəm, kimsə də məni barışdırmasın, ixtiyar vermirəm. Barışaram, küsərəm, özüm bilərəm. Sizə nə? Həyatda bütün səhvləri keçərəm, amma paxıllığı yox".

2