Nazilə əvvəlcə nazirə məsləhət verdi, sonra üzr istədi

MAQAZİN
19:02 / 18.04.2023
1298

Şairə Nazilə Səfərli son günlər sosial şəbəkələrdə müzakirə mövzusu olan repetitor məsələsinə münasibət bildirib.

HİT.az-ın xəbərinə görə, sosial şəbəkə hesabında paylaşım edən şairə təhsil nazirinə bir sıra tövsiyələr verdikdən sonra sonda satirik şəkildə üzr istəyib, məhkəməyə verilməməsini xahiş edib.

Nazilə Səfərli müəllimlərin maaşlarının artırılacağı təqdirdə, təhsilin keyfiyyətinin yüksələcəyini, heç kəsin əlavə pul verərək uşağını repetitor yanına göndərməkdə maraqlı olmayacağını bildirib.

“Cənab nazir, sözüm ortada. Müəllimi dəyərləndirin... Həddimi aşdımsa, üzr istəyirəm, məni məhkəməyə verməyin”.

0