Aparıcı Lalə Mustafayevanın səhhəti pisləşib.
HİT.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib.
Lalə 10 gündür ki, xəstə olduğunu qeyd edib:
"Səhhətimlə bağlı yazıb narahat olan hər kəsə təşəkkür edirəm. Çox pis qrip gəzir. 10 gündür ki, dərman, iynə qəbul etsək də hələ də düzəlmirik. Çox ağır keçirdirik. Öskürək, ağ ciyərlər incidir, halsızlıq, qulaqlarda ağrı, gözlər yanır, sümüklər ağrıyır".
Qeyd edək ki, Lalə Mustafayeva MTV kanalında yayımlanan "Toya gəlmişik" verilişinin aparıcısıdır. Proqramda bölgələrdə baş tutan toy məclisləri nümayiş olunur.