Ronaldo ilə Corcina ayrılır?

MAQAZİN
10:41 / 27.04.2023
754

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigeslə münasibətlərində problemlər yarandığı iddia edilib.

Uzun müddətdir sevgili olan ikili ayrılmaq həddinə çatıb. Şayiələrin yaranmasına səbəb Ronaldo və Corcinanın təyyarədə aralarında mübahisənin yaşanması olub.

Bildirilib ki, Ronaldo bu münasibətdə xoşbəxt deyil. Buna səbəb isə Corcinanın gününü ticarət mərkəzlərində keçirməsi, çox pul xərcləməsi və ancaq alış-verişlə məşğul olmasıdır.

Bundan başqa, ayrılığın gerçəkləşəcəyi təqdirdə Ronaldonun Corcinaya 350 milyon avro ödəyəcəyi deyilir.

Qeyd edək ki, cütlük 8 ildir birlikdədir və hazırda Səudiyyə Ərəbistanında yaşayırlar. İkilinin 2, futbolçunun isə ümumilikdə 5 övladı var.//Axşam.az 

0