Xalq artisti Mələkxanım Eyubovanın gəlini Səadət Nəcəfovanın səhhəti pisləşib.
OLAY yazır ki, bu barədə sənətçinin böyük oğlu Cəfər Nəcəfov məlumat yayıb:
“Yoldaşımda böyrək çatışmazlığı yaranıb. Həyati təhlükəsi var. Heç bir təcili yardım qəbul etmir”.
Cəfər daha sonra xəstəxana tapdıqlarını deyib:
“Mərkəzi Gömrük Hospitalı qəbul etdi. 2+ qan lazımdır".
Qeyd edək ki, cütlüyün iki qızı var.