Elza ilə bacısı arasında qalmaqal daha da alovlandı - VİDEO

MAQAZİN
11:12 / 01.05.2023
732

Əməkdar artist Elza Seyidcahan ilə bacısı Lalə Seyidcahan arasındakı qalmaqal yenidən alovlanıb. 

Bizim.Media xəbər verir ki, Lalənin “Elza bizim nəslimizi geri saldı” ittihamlarına Elza “Maqazin plyus” verilişində cavab verib. 

“Nalayiq sözlərə nə cavab vermək, nə özümü tərifləmək, nə dəki kimisə alçatmaq istəmirəm. Bu kimi məsələlər mənə adi gəlir.

O qədər belə şeylər görmüşəm ki… Sadəcə bunu siz efirdə gördünüz. Yəqin ki, müdrük və hikmətli insanlar sözlərimdə məni anlayarlar. Uğurlu insanlara hər zaman daş atırlar. Hətta insanın doğmaları belə təzyiq edirlər. Amma insan əgər düzgün yoldadırsa, halal zəhməti ilə işlər görürsə, Teymur Mustafayev demişkən “Qəti qorxusu yoxdur”.

Elza olmağıma elə bu susqunluğumla çatmışam, əməllərim, musiqilərim, yazdığım şeirlərim və geyimlərimlə göstərmişəm cavabımı. Lazım olan yerdə danışaram, lazım olmayan yerdə isə işimi göstərirəm. Mən mahnı bəstələyəndə, şeir yazanda özüm-özümü görmürəm”, - deyə E.Seyidcahan vurğulayıb. 

0