Məşhur müğənni Dubaya qaçmağa hazırlaşır

MAQAZİN
17:05 / 01.05.2023
933

Ukraynanın vətənə xəyanətdə ittiham etdiyi, Rusiyanın başlatdığı müharibəyə səssiz qalan ukraynalı müğənni Anna Asti Dubaya qaçmağa hazırlaşır. 

HİT.az "Unian"a istinadən xəbər verir ki, müğənni artıq Rusiyada yaşamaq istəmir, çünki orada vergi ödəməyə və Ukrayna pasportundan imtina etməyə məcburdur.

Blogger Boqdan Bespalov müğənninin sirlərini açıqlayıb. Yeni videoda Astinin karyerasını Ukraynada davam etdirmək istədiyini bildirir. Lakin buna vaxt tapa bilmir. Çünki Kiyevə 23 fevral 2022-ci ildə yollanıb.

"Asti Kiyevə Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalı başlamazdan bir gün əvvəl gəldi. Anya debüt sinqlının buraxılışına həsr olunmuş Ukrayna radiostansiyalarında bütöv bir tanıtım kampaniyası apardı. O, əri Stanislavla birlikdə idi. Fevralın 24-də valideynləri ilə vidalaşmaq üçün Çerkassıya yola düşüb. Ən maraqlısı odur ki, nə anasını, nə də heç bir qohumunu özü ilə aparmayıb. Ukraynanın qərbinə, oradan Polşaya, oradan da Kalininqrada və bərə ilə Sankt-Peterburqa getdi”, deyə məlumatda bildirilir.

Eyni zamanda, Filip Kirkorov Asti ilə mahnı buraxmağı təklif edib. Müğənni onu martın 8-də yeni treki təqdim etməyə dəvət edib. O, bunu təxirə salmağı düşünüb, amma tezliklə fikrini dəyişib. 

Samir

1