İradə İbrahimovanın bir zamanlar səsləndirdiyi ifa "Yargı"da - VİDEO

MAQAZİN
10:48 / 06.05.2023
569

Türkiyənin reytinqli layihələrindən olan "Yargı" serialındakı mahnı diqqət çəkib.

BAKU.WS xəbər verir ki, ekran işinin 63-cü bölümünün mövsüm finalında bir vaxtlar müğənni Ayşegül Aldinçın ifasında dillər əzbəri olan "Beni hatırla" ifası səsləndirilib. 

Sözügedən kompozisiyanı azərbaycanlı müğənni İradə İbrahimovda da illər əvvəl səsləndirib. 

"Beni hatırla"nı türk sənətçi Nazan Öncel də ifa edib. 
Xatırladaq ki, əsas rollarda Kaan Urgancıoğlu, Pınar Deniz, Uğur Aslan, Pınar Çağlar Gençtürk, Zeyno Eracar, Uğur Polat və Hüseyn Avni Danyalın yer aldığı "Yargı"nın mayın 7-də efirə veriləcək bölümlə mövsüm finalına çıxacağı bildirilib. 

0