Ulduz futbolçu uşaqlıqdan tanıdığı həmyerlisi ilə sevgili imiş - FOTOLAR

MAQAZİN
14:19 / 09.05.2023
978

Sözsüz ki, bu mövsümün ən çox müzakirə edilən 3 futbolçusundan biri Erlinq Haalanddır. O, ötən ilin yayında transfer olunduğu "Mançester Siti" formasıyla rekordlar qırmaqda davam edir.

İngiltərə futbolundakı rekordları alt-üst edən norveçli forvard Çempionlar Liqasında da komandasını yarımfinal mərhələsinə qədər daşıya bilib. Premyer Liqada 35, qitənin bir nömrəli klub turnirində isə 12 qol vuran Haaland hər iki turnirin bombardiridir. Onun ümumi statistikası göz oxşayır: 46 oyun, 51 qol və 8 məhsuldar ötürmə. Məhz onun sayəsində "şəhərlilər" mövsümü 3 titulla başa vurmaq imkanına sahibdirlər. Onların bu uğura nail olub-olmayacaqları başqa mövzudur.

Bəlkə də çoxlarına elə gəlir ki, özünə qarşı həddindən artıq nizam-intizamlı olan Haalandın şəxsi həyatı yoxdur. Amma elə deyil. Norveçli hücumçunun İzabelle Hausen Yohansen adlı sevgilisii var. Məhz o, futbolçuya rekordlar qırmağa kömək edir.

Onların münasibətdə olmaları Qətərdə keçirilən dünya çempionatı ilə əlaqədar yaranan fasilə zamanı bəlli olub. İspaniyanın Marbella şəhərində istirahətdə olan cütlük medianın hədəfinə tuş gəlib. Tezliklə onların bir neçə aydır görüşdüyü məlum olub.

Maraqlı fakt odur ki, Haaland sevgilisini uşaqlıqdan tanıyır. Lakin onların tanışlığı yalnız bu yaxınlarda isti münasibətə çevrilib. İzabelle ilə Haaland eyni şəhərdən - Brundandılar. O, indi model kimi çalışsa da, bir müddət futbol da oynayıb. Məhz bunun sayəsində Yohansen heç bir problem olmadan futbolçu ilə ünsiyyətdə olur.

Haalandın seçimini yalnız təqdir etmək olar. Dostları da eyni fikirdədirlər:

"Bütün dünya onun ayaqları altındadır. Qadınlar onunla görüşmək üçün növbəyə dururlar. Amma o, çox ağıllı oğlandır. İllərlə tanıdığı həmşəhərlisi ilə birlikdə olması məntiqlidir”.

Qeyd etmək olar ki, Haaland ümumiyyətlə ulduz xəstəliyi təhlükəsi ilə üz-üzə deyil. Dünyanın ən məşhur liqasında belə uğurlu startdan sonra o, şəxsi həyatına diqqət yetirir. Bəzi həmkarları kimi dəlilik etmir və nizam-intizam qaydarını pozmur.

0