Aparıcı Lalə Azərtaş qızı Gülarəni təbrik edib.
HİT.az xəbər verir ki, aparıcı övladının şəklini paylaşaraq bunları yazıb:
"Yaradanımın ən şirin payı Gülarəm. Elə yaradan bəxtinə ən böyük xoşbəxtlikləri yazsın, gül üzlüm. Muradına çat... Sən nə zaman böyüdün?! Nə ara boyun boyumu ötdü?! Başım işə qarışmışkən hansı arada 17-ni haqladın?!
Səninlə ikinci önəmli mərhələni bitirmək üzərəyik, əl-ələ üçüncü mərhələyə gedirik. Bilirəm bacaracayıq. Yetər ki, Allahım səni və bütün balaları pənahında saxlasın, qalanı boşdur... Sənə inanır, güvənirəm. Anan son nəfəsinə qədər yanındadır, qızım".
Qeyd edək ki, L.Azərtaşın Solmaz adlı daha bir qız övladı var.