Rusiya DİN Putinin həbsinə order verən prokuroru axtarışa verdi

MAQAZİN
20:27 / 19.05.2023
722

Rusiya Daxili İşlər Nazirliyi (DİN) Rusiya prezidenti Vladimir Putin və Rusiya uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verən Haaqa Beynəlxalq cinayət məhkəməsinin (BCM) prokuroru Kərim Xanı axtarışa verib.

HİT.az xəbər verir ki, bu barədə Kommersant məlumat yayıb.

 Nazirliyin məlumat bazasına görə, Böyük Britaniya vətəndaşı Kərim Əhməd Xanın Daxili işlər nazirliyi tərəfindən Rusiya cinayət məcəlləsinin maddəsi ilə axtarışda olduğu bildirilir, lakin hansı maddə ilə təqsirləndirilməsinə dair məlumat açıqlanmır.

Mayın 11-də Rusiya İstintaq komitəsinin rəhbəri Aleksandr Bastrıkin BCM-nin hakimləri və prokurorlarının axtarışa verildiyini açıqlayıb. O, BCM-nin Putin və Lvova-Belovanın həbsinə order vermək qərarının “dəlilik” adlandırıb.

Beynəlxalq cinayət məhkəməsi Vladimir Putin və Mariya Lvova-Belovanın həbsinə order verildikdən üç gün sonra martın 20-də BCM prokuroru Kərim Xana, eləcə də hakimlər Tomoko Akane, Rosario Salvatore Aytala və Serxio Qerardo Ugalde Godinezeyə qarşı cinayət işi açıb.

İstintaq komitəsindən verilən məlumata görə, onların hərəkətlərində “təqsirsiz şəxsi cinayət məsuliyyətinə cəlb etmə” maddəsində nəzərdə tutulan cinayət tərkibi var.

Samir

0