İşçiləri üçün 110 toyuq burgeri, 90 pide və 9 toyuq budu sifariş etdi - FOTO

MAQAZİN
23:10 / 23.05.2023
638

Avropada pərəstişkarları önündə konsert turu ilə çıxış edən məşhur müğənni Beyons maraqlı addımı ilə diqqət çəkib. 

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Birləşmiş Krallıqda olan sənətçi çalışanlarına böyük bir jest edib.

Belə ki, müğənni "Nando's" adlı restorandan işçilərinə 2 000 funt sterlinq (4 228 AZN) dəyərində nahar sifariş edib. O, öz heyəti üçün restorandan 110 ədəd toyuq burgeri, 90 pide və 9 toyuq budu gətirilməsini istəyib.

Məşhur müğənninin aldığı yeməklərin qəbzinin fotosunu "Daily Mail" nəşri yayıb. 

Sənətçinin ödədiyi hesab təəccübə səbəb olub. 41 yaşlı ifaçının sifarişi zamanı saxta addan istifadə etməməsi də xeyli marağa səbəb olub. 

0