Gənc hücumçu bu türk gözəllə eşq yaşayır? - FOTOLAR

MAQAZİN
10:45 / 24.05.2023
661

“Qalatasaray”ın hücumçusu Nikola Zaniolo Türkiyədə eşq yaşayır.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı futbolçu “Survivor” yarışmasının iştirakçısı Aleyna Kalaycıoğlu ilə sevgilidir.

Bu barədə "Takvim" məlumat yayıb.

İlk öncə sosial mediada bir-birlərini təqib etməyə başlayan cütlüyün ortaq dostları vasitəsi ilə tanış olduqları bildirilir.

Xüsusilə Aleynanın son dövrlər “Qalatasaray”ın oyunlarını stadiondan izləməsi də diqqətləri cəlb edib.

Bu ilin əvvəlində İstanbul klubuna transfer edilən İtaliya millisinin üzvü 10 matçda 3 qol və 1 assistlə yadda qalıb.

0