Rəqsanə bir daha qızının boşanmasından danışdı - VİDEO

MAQAZİN
15:45 / 28.05.2023
640

Müğənni Rəqsanə İsmayılova növbəti dəfə qızı Aysun İsmayılovanın Eşqin Cəlilovdan boşanması haqda açıqlama verib.

Bu barədə o, “El canlı” verilişinə danışıb. Rəqsanə söyləyib ki, qızının ayrılıq qərarına qarışmayıb:

“Kimisə baltalamaq mənə yaraşmaz. Qarşı tərəfi də dünyaya gətirən ana-ata var. Onlara hörmət edirəm, münasibətimiz normaldır. Gənclər aralarında yaşananları, özləri necə addım atıb, kənarlaşdırıbsa, özləri də həll etməlidirlər. Biz ailələr olaraq başdan qarışmamışıq. İndi də qarışmırıq. Sadəcə valideyn kimi övladlarımızın yanında olmalıyıq. Hər ikisi cavandır, həyatları davam edir. Nə yaşları var ki, Ailənin nə olduğunu dərk etmirlər.  Ayrılsalar da, salamımı verib gedərəm. Qarşı tərəfi özümə düşmən saymıram, aramızda düşmənlik ola bilməz. Qismət”.  

<iframe width="560" height="315" src="//www.youtube.com/embed/67VAK2meCiE" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" allowfullscreen></iframe>

1