Şəfiqə Nağıyeva onu vuran sürücüdən şikayət etməyəcək - VİDEO

MAQAZİN
15:21 / 06.06.2023
726

"Özümü pis hiss eləmirəm. Bu can mənim canım deyil, Allah verib və istədiyi zaman da alacaq. Düzdür, ölüm hadisəsi də ola bilərdi. Lakin hər şey yaxşıdır".

Bu sözləri vəkil Şəfiqə Nağıyeva onu vuran sürücü ilə bağlı danışarkən deyib.

Ötən günkü qəzadan sonra ilk dəfə "Ümid ilə gəl" verilişinə çıxan vəkil həmin sürücüdən şikayət etməyəcəyini deyib. Nağıyeva bunu sözügedən şəxsin xəstə anası olması ilə əlaqələndirib:

"Sürücünün ağır xəstə anası, ailəsi, uşaqları var. Mən ondan şikayətçi olmayacağam. Bu qəzadan heç kim sağ çıxa bilməzdi".

 

0