Əməkdar artist Elnarə Abdullayeva mərhum qayınatasından danışıb.
HİT.az xəbər verir ki, sənətçi bu barədə “Günaydın, Azərbaycan proqramında açıqlama verib. O kədərini bu sözlərlə dilə gətirib:
“Qayınatam rəhmətə getdi. Evimizin böyüyü, dirəyi idi. Allah hamının ölənlərinə rəhmət etsin, Dildə deyirəm, qayınatam, amma atam idi. Onlardan öz ata-anamın iyini alırıdm, bir gün görməyəndə darıxırdım. Qıraqdan baxana bəlkə asan gəlir. Amma valideynin yaşı yoxdur. Atam dünyasını dəyişəndə elə bildim bütün dünyanı yığıb aparıb.
Heç nədən ləzzət ala bilmirdim. Neçə vaxtdır o hissi yaşayıram. Həqiqətən də valideynin haqqını ödəmək olar? Bu, mümkün deyil. Bütün övladlara üzümü tuturam. Çöldəki qızlara aldanmayın. Sevmək filan hamısı boş şeylərdir. Ata-anadan bərk yapışın. O əlinizdə cənnətin kağızıdır. Görün, valideynlər nə əziyyət çəkir. Başqa bir xanıma görə dəyərmi?”.