Türkiyəli məşhur müğənni Sinan Akçıl etirafı ilə diqqətləri üzərinə çəkib.
HİT.az xəbər verir ki, ona "Həmişə seriallarda görürük, amma sizin həyatınızda saxta sevgiliniz olubmu?" sualı ünvanlanıb.
41 yaşlı müğənninin cavabı da maraqlı olub. Sinan Akçıl bir çox belə təklif aldığını etiraf edib:
"Belə bir şey yaşamamışam, amma çox təklif almışam. Hətta mənə heç inanmayacağınız şəxslər zəng edib deyiblər ki, "Sinan yemək yeyək, elə bilsinlər aramızda nə isə var, sonra açıqlayarıq". Yəni bunu məndən istəyənlər olub. Amma mən belə təkliflərin hamısını rədd etmişəm. Çünki pula görə yalandan belə şeylər etməyə qarşıyam. Onlara dedim ki, sən verdiyinin üç qatını verirəm, amma bir də mənə zəng etmə. Onların adlarını çəkməyəcəm, amma həmin şəxslərlə əlaqəmi kəsmişəm".
Xatırladaq ki, Sinan Akçıl indiyə kimi Hadisə, Ebru Şallı, İzel və Hande Yener kimi məşhurlarla sevgili olub.
Pərviz