Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam lüks avtomobilini nümayiş etdirib. Sənətçi maşınında çəkdirdiyi fotonu "Instagram"da izləyiciləri ilə bölüşüb.
Məlumata görə, Xatirə İslam BMW-nin 7-ci seriyasını özünə beş ay əvvəl alıb. Sənətçi bunun üçün təxminən 165 min dollar (280 min manat) xərcləyib.
Sənətçinin prodüseri Azər Kərimov HİT.az-a açıqlamasında bildirib ki, onlar avtomobilin qiyməti ilə bağlı açıqlama verməyiblər:
“Bu müğənninin şəxsi işidir. Amma avtomobilin qiymətini öyrənmək çətin deyil, seriyasını yazan kimi qiymət görünür”.
"Maşın nəğd pulla alınıb, yoxsa kreditlə" sualına prodüserin cavabı belə olub:
“Məlumatım yoxdur, mən bu işlərə qarışmıram”.
Azra