Xalq artisti Röya Ayxanın SD olan disklərinin sentyabrda satışı olacaq.
Bu barədə Hit.az-a sənətçinin mətbuat xidmətinin rəhbəri Elvin Elxan məlumat verib.
O bildirib ki, sentyabr ayında sənətçinin “Konqres Mərkəzində” solo konserti keçiriləcək:
“Konsert 3 gün davam edəcək. Konsertdə xüsusi şöbələr yaradılacaq və albomlar CD variantında satışa çıxarılacaq. Satışdan əldə olunan gəlir xeyriyyə məqsədi ilə xərclənəcək”.
Albomlardan əldə olunan vəsaitin hara və necə xərclənəcəyinə gəlincə, Elvin Elxan deyir ki, bu haqda yay aylarında məlumat veriləcək:
“Çünki sərmayənin sərf olunacağı yerləri komanda olaraq hələ qərarlaşdırmamışıq”.
Elvin Elxan Röya Ayxanın “14/41” albomunun isə Qırğızıstanın “Apple Music Daily Top 200 Album” çartında 5-ci, Türkiyənin günlük ən çox dinlənilən “Apple Music Daily Top 200 Album” çartına 193-cü pillədə olduğunu qeyd edib:
“YouTube platformalarda olduğu üçün istənilən ölkədən daxil olub alboma qulaq asa bilirlər. Qalan ölkələrin də statistikasını yaxın 10 gün ərzində açıqlayacağıq”.
Azra