Türkiyəli məşhur aktrisa Ceyda Düvenci boşanır.
HİT.az xəbər verir ki, o, məşhur aktyor olan həyat yoldaşı Bülent Şakrakdan ayrılmağa qərar verib.
Uzun müddətdir aralarında problem olduğu deyilən cütlüyün artıq yollarını ayıracağı təsdiqlənib.
Belə ki, aktrisa özü bu barədə "Instagram" hesabında paylaşım edib. O, 8 illik evliyinin bitdiyini bu sözlərlə açıqlayıb:
"Bəzən istəməsən də bambaşqa bir yola çıxmağa məcbur qalırsan. Bəzən də sözlər yetərsiz qalır. Bəli, gözlərim hüznlü baxsa da, gülməyə davam edəcəm. Həyat sənə də yenə təşəkkür edirəm. Mənim üçün həmişə planın olduğunu bilirəm. Özümü həyatın axışına buraxdım, gələcək günlərin gözəlliyinə güvənirəm..."
Pərviz