"Bəyaz Şou" geri qayıdır

MAQAZİN
12:55 / 20.06.2023
521

Türkiyənin əfsanəvi proqramlarından "Bəyaz Şou" ekranalara geri qayıdır.

HİT.az xəbər verir ki, bu barədə proqramın aparıcısı Bəyaz Öztürk açıqlama verib.

O, "Bəyaz Şou"nun yenidən başlayacağını deyib:
"Bu il başlayırıq. Həm "Bəyaz Şou", həm də yeni bir yarışma proqramımız olacaq". 

Lakin proqramların yayım tarixi və detalları ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, 1996-cı ildə yayım həyatına başlayan "Bəyaz Şou" proqramı 22 il "Kanal D" telekanalında yayımlanıb.

Pərviz

0