Cığatellə Nazilə arasında qalmaqal?

MAQAZİN
13:17 / 22.06.2023
747

“Mənim Cığatellə heç bir problemim yoxdur”.

Bunu Hit.az-a açıqlamasında şairə Nazilə Səfərli həmkarı Cığatel İsaqızı ilə aralarında olan gərginliyə aydınlıq gətirərkən deyib. 

Şairə ümumiyyətlə, heç bir kəslə ünsiyyət probleminin olmadığını bildirib:

“Kiminsə mənimlə problemi ola bilər, amma bu Cığatel deyil. Biz onunla nə vaxt küsmüşük ki?”.

Qeyd edək ki, şairə və qiraətçi Cığatel İsaqızı ilə həmkarı Nazilə Səfərlinin arasının dəydiyi iddia olunur. Məlumata görə, Cığatel İsaqızı verilişlərin birində qonaq olarkən ona Nazilə Səfərli ilə bağlı sual verilib. Cığatel İsaqızı həmin sualın efirə getməməsini aparıcıdan xahiş edib.

Azra

0