Aleyna Kalaycıoğlu Azərbaycan dilində mahnı oxudu: “Vurulmuşam” - VİDEO

MAQAZİN
15:56 / 27.06.2023
715

Türkiyəli müğənni Aleyna Kalaycıoğlu Azərbaycan dilində mahnı oxuyub.

OLAY yazır ki, ifaçı sözləri Rəşad Dağlıya, musiqisi Ramal İsrafilova aid olan “Vurulmuşam” adlı mahnını səsləndirib.

Qeyd edək ki, Aleyna Kalaycıoğlu Amerkanın Los-Anceles ştatında təyyarə mühəndisliyi təhsili alıb. 

O, 2021ci ildə “Survivor Türkiyə”yə qatılıb və yüksək performans sərgiləyərək yarışmanın finalisti olub. “Survivor”  zamanı performansıyla bərabər səsi də izləyicilər tərəfindən bəyənilib.

Bu səbəbdən də Türkiyənin musiqi sektorunda önəmli adlardan olan Polat Yağcı tərəfindən işbirliyi təklifi alıb. Uşaqlıqdan da mahnı oxumağa marağı olan Aleyna Kalaycıoğlu hal-hazırda Türkiyədə müğənnilik kariyerasını davam etdirir.

0