Müğənni Şakira keçmiş əri, "Barselona"nın sabiq futbolçusu Cerard Pikenin xəyanətini mətbuatdan öyrəndiyini bildirib.
Qaynarinfo bu barədə "Jogo" nəşrinə istinadən xəbər verir.
"Atam reanimasiyada olarkən mətbuatdan mənə xəyanət edildiyini öyrəndim. Düşündüm ki, bundan sağ çıxmayacağam. Həyatımda ən çox sevdiyim insan olan atam ona ən çox ehtiyacım olanda məni tərk etdi. Onun sağalması çox çətin və ləng keçdi, lakin o, bizim hamımız üçün gözəl insandır, həmişə gücü ilə təəccübləndirir. Atam dözümlülüyün ən böyük nümunəsidir", deyə Şakira bildirib.
Şakira və Pike 2010-cu ildə görüşməyə başlayıblar. İki il sonra onların ilk övladı Milan, iki ildən sonra isə ikinci oğlu Saşa dünyaya gəlib. 2022-ci ilin yayında müğənni xəyanətlərinə görə futbolçunu tərk edib.