\"Qol qaldırıb oynamaq, ürəyim açılsın yoxdur məndə\"

17:28 / 30.06.2023
750

"Kaş imkanım olardı, elə bir yerə düşərdim ki, məni görmək, yaxın olmaq, əlimə toxunmaq istəyənlərin hamısı ilə görüşərdim. Bəzən doğmalarım və yaxınlarım məni qınayırlar. Bu qədər insanın içində olmaq olarmı? Ağlayanla ağlayırsan, gülənlə gülürsən... Məni çox qınayırlar. Onlara deyirəm ki, xoş söz yazanlar mənə çox əzizdirlər".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Səhər mərkəzi" proqramında deyib.

Pərəstişkarlarından danışan müğənni "Məni sevən və xoş söz yazanlara qarşı heç zaman laqeyd olmamışam, olmaram da. Amma Allah mənə nə güc, nə güvvə veribsə onlarla bölüşməyə can atıram, onların arzusunun kiçik nöqtəsini belə həyata keçirməyə çalışıram. Sevgi çoxdur və buna görə də Allahıma minnətdaram. Onların hər birinin sevgisi ürəyimin ən dərin nöqtəsində bəsləyirəm. Sevənlərimlə görüşürəm, amma görüşə bilmədiklərimdən dönə-dönə üzr istəyirəm. Hamı ilə görüşməyə imkan olmur" sözlərini deyib.

Əsgərlər qarşısında konsert verən Dostəliyeva tədbirdə rəqs etməsindən söz açıb:

"Dünən qəlbim sızıldayırdısa, sabah üzüm gülür. Allaha üsyan etmək olmaz. Allahın hər bir qanununa boynumuz qıldan incədir. Şəhid anaları, üzünüz gülsün. Onlar mənim övladlarımdır, əlbəttə onlarla qol qaldırıb oyanacağam. Qol qaldırıb oynamaq, ürəyim açılsın yoxdur məndə. Əgərlər üçün qol qaldırıb oynadım". 

0