Röya Ayxandan "Avroviziya" açıqlaması - VİDEO

MAQAZİN
13:30 / 01.07.2023
624

Xalq artisti Röya Ayxan yeni açıqlaması ilə gündəmə gəlib. 

HİT.az xəbər verir ki, "Bizimləsən" proqramına qonaq olan ifaçı ilk dəfə Avroviziya Mahnı Müsabiqəsinə qatılmaq istəyindən danışıb. 

Belə ki, aparıcı Zaur Baxşəliyev sənətçiyə, "Bütün konsert zallarını fəth etdin, bəs elə bir yer var ki, ora qalıb, orada oxumamışam?", - sualını ünvanlayıb. 

Röya isə cavabında, "Komandam yanımda olduğu təqdirdə "Avroviziya"ya gedə bilərəm", - sözlərini söyləyib. 

<iframe src='//baku.tv/embed/88508' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></iframe>

1