Məşhur müğənni evinin qarşısına zibil atdığına görə 32 dəfə cərimələnib

MAQAZİN
21:25 / 02.07.2023
788

Müğənni Taylor Svift Nyu-Yorkdakı evinin qarşısına zibil atdığına görə cərimələnib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post” məlumat yayıb.

2017-ci ilin oktyabrında 3 mərtəbəli taunhaus alandan bəri Svift 32 dəfə ümumilikdə 3000 dollar məbləğində cərimə olunub. Cərimənin səbəbi sənətçinin evinin qarşısındakı səkilərin təmiz saxlanmaması olduğu qeyd edilir. O, daha 200 dollar cərimədən yayınmağı bacarıb.

2018-ci ilin yanvarından 2023-cü ilin yanvarına qədər 33 yaşlı Svift şəhərciyinin ön həyətini və səkilərini təmizləmədiyinə və zibilləri düzgün yerə atmadığına görə sanitariya müfəttişləri tərəfindən cərimələnib. Ulduzun evinin yaxınlığından tapılan zibillər arasında qalaq-qalaq qəzetlər, butulkalar və kartonlar, salfetlər və bükmələr, həmçinin siqaret qutuları da var.

0