Qızı “Barselona”nın əfsanəsinin həbs olunmasını tələb edir - ŞOK SƏBƏB

MAQAZİN
13:09 / 04.07.2023
847

"Barselona"nın keçmiş futbolçusu Samuel Etonun qızı atasının alimenti ödəmədiyinə görə bir il müddətinə azadlıqdan məhrum edilməsini istəyir.

HİT.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.

2022-ci ilin fevralında Eto 4 illik məhkəmə çəkişməsindən sonra Erika Do Rosario Nievesi qızı kimi tanıyıb. Məhkəmə keçmiş futbolçunu ayda 1400 avro məbləğində aliment ödəməyə məcbur edib.

İddia olunur ki, kamerunlu 5 ildir aliment ödəmir. Qızın vəkili Fernando Osunanın sözlərinə görə, Etonun 90 min avro borcu yaranıb.

Erila Do Rosario Nieves Etonun bir il müddətinə azadlıqdan məhrum edilməsi iddiası ilə məhkəməyə müraciət edib. İşə Madrid məhkəməsi baxacaq.

Qeyd edək ki, Eto hazırda Kamerun Futbol Federasiyasının prezidentidir. O, Kamerun millisinin tarixinin bombardiridir. Məhşur futbolçu 4 dəfə Afrikada ilin futbolçusu seçilib (2003, 2004, 2005, 2010). 

Keçmiş hücumçu "Barselona"dan başqa "İnter", "Çelsi", "Real Madrid", "Anji" və bir sıra digər klublarda çıxış edib. 6 sentyabr 2019-cu ildə karyerasını bitirib.

Samir

0