Türkiyəli məşhur müğənni Burcu Günəş maraqlı etirafı ilə diqqətləri üzərinə çəkib.
HİT.az xəbər verir ki, o, gözəllik sirlərini bölüşüb.
Müğənni gözəl qalmaq üçün yediklərinə xüsusi diqqət yetirdiyini deyib:
"Mümkün olduğu qədər yediklərimə diqqət edirəm. İdman və dieta sayəsində 6-7 kilo daha verdim. Səhnədə özümü nə qədər xəfif hiss etsəm, hər şey o qədər yaxşı keçir. Yediklərimə, içdiklərimə və idmanıma diqqət edirəm. Həmçinin, 10 il qırmızı ət yemədim. Çünki heyvanlara qarşı çox həssasam. İndi yeyirəm, amma çox az. Daha çox balıq və dəniz məhsulları yeyirəm. İzmirli olduğum üçün göyərti yeməyi də çox sevirəm".
Pərviz