"Ebru Gündəşi toya gətirən iş adamı dostumdur" - Nadir Qafarzadə

MAQAZİN
14:01 / 06.07.2023
589

“Mən o ailəni yaxından tanıyıram, dostumdur. Həmin ailə Azərbaycan müğənnilərinə çox xeyir verib. Rusiyada, Azərbaycanda bizi toylarına, məclislərinə aparıblar. Allah onların ruzilərini bol eləsin”.

Bunu Hit.az-a açıqlamasında müğənni Nadir Qafarzadə şəmkirli iş adamının oğlunun kiçik toy məclisində iştirak etmək üçün Türkiyənin tanınan müğənnisi Ebru Gündeşə 250 min dollar verməsindən danışarkən deyib. Sənətçi yaxın günlərdə yenidən həmin ailənin yaxınların toy məclisində olacağını açıqlayıb:

“Bu yaxınlarda onların bir məclisi olacaq, mən də orada dəvətliyəm. Azərbaycanlılar hər yerdə pul qazansınlıar, yaxşı yaşasınlar, qoy bizim xalqın adı adı həmişə pul qazanan kimi çıxsın. Qoy deməsinlər azərbaycanlılar pis gündədir, kasıbdırlar”.

Müğənni hesab edir ki, pulu olan hər bir kəs övladının toyuna pul xərcləyər: 

“Valideyn istəyib ki, övladının toyunda Ebru Gündeş oxusun, gətirib. Mənə elə gəlir ki, kimdə o qədər pulu olsa, Ebru Gündeşi övladının toyuna gətirər. İnanmıram ki, xarici vətəndaş Azərbaycan vətəndaşına ölkədən kənarda bu qədər pul xərcləsin. Nəinki bizə, onlar heç kimə bu boyda pul xərcləməz”.

Azra

0