"Elə bir limit yoxdur ki, filan yaşda ailə qurmalısan. Evim var, insan olan birini axtarıram. Ortada namizəd olmayandan sonra necə evlənim? Hamı adamdır, mən insan axtarıram".
HİT.az xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov "Həmin Zaur" verilişində deyib. İfaçı aparıcı Zaur Kamalın "Neçə yaşında evlənəcəksən? Neçə yaşında qız istəyirsən" sualına belə cavab verib:
"20, 22, 25 yaşında qızla evlənəcəyəm".
Zaurun "Qız atası olsam, aranızda 20 yaş fərq olsaydı, qızımı verməzdim. Kim sənə o yaşda qız verər" sözlərinə "Sən özün bilərsən, verənlər var" reaksiyasını verib.
Qeyd edək ki, Vüqar Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Onun 41 yaşı var.