“Kənddə palatka qurub qızımın toyunu edəyəcik” - Əməkdar artist

MAQAZİN
14:47 / 12.07.2023
682

“Kənddə palatkadan-zaddan qurub qızımın toyunu edəyəcik”.

Bunu Hit.az-a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva qızının nişanından danışarkən deyib. 

O, kürəkənin jurnalist olmadığını bildirib: 

“Sağ olsun, jurnalistlər məndən xəbərsiz hər şeyi bilir. Qızımı nişanladım. Toyun vaxtının təyin edilməsi bizim səlahiyyətimiz deyil, oğlan evi bilər onu”.

Qeyd edək ki, Əməkdar artist Elnarə Abdullayevanın evində xeyir iş olub. Xanəndə qızı Xədicəni Cavad adlı bəylə nişanlayıb.

Azra

0