Azərbaycan Yazıçılar Birliyinə üzv olan Əməkdar artist, müğənni-bəstəkar Elza Seyidcahanın ətrafında baş verən qalmaqallar bitmək bilmir.
Hit.az xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin təmsilçisi, şair Nəvai Metin sənətçinin portretini çəkib. Sözügedən portretdə Elza Seyidcahanın fərqli obrazda təsvir edilib.
Elza Seyidcahanı olduğu kimi tabloya köçürən rəssam Nəvai Metin Hit.az-a açıqlamasında bildirib ki, Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv olması böyük səs-küyə səbəb olub:
“Cəmiyyətdə hərə müxtəlif fikirlər söylədi. Bir çox narazılıqlar baş qaldırdı. Amma mən buna normal baxıram. Elza xanım cəmiyyətin qəbul etmədiyi sözlərlə fikirini ifadə eləmək istəyir ki, mən şairəm. Fikirləşirəm Elza xanım Rəssamlar İttifaqının da üzvü olmalıdır. Çünki onun başındakı tasarımlar da geyim rəssamlığından irəli gəlir. Əsər tam bitməyib, üzərində işlər gedir”.
Azra