Azərbaycanlı məşhurun 45 minlik gəlinliyi

MAQAZİN
22:44 / 18.07.2023
591

Çox vaxt nümayiş xatirinə dəbdəbəli keçən toylarımıza yeni trend əlavə olunub. Artıq ailə quran xanımlar toyda 2 və ya 3 gəlinlik dəyişirlər.

Ötən gün aparıcı, aktrisa Çinarə Əliyeva və estetik cərrah Ruslan Rəsulun toyunda da eyni hal yaşandı.

Aparıcı bildirdi ki, məclisdə o, nə az, nə çox düz üç gəlinlik dəyişəcək. Həmçinin üç gəlinlik ona 45 min manata başa gəlib. Bəs görəsən, bir toyda 3 gəlinlik dəyişmək dəbdirmi? Məşhurlar bunu niyə edir? Xarici təcrübədə də bu cür addımlar atanlar varmı? Məsələ ilə bağlı 
Yenisabah.az-a danışan modelyer-dizayner Şəlalə Maqsudova bildirib ki, xarici təcrübədə belə bir "trend" yoxdur: "Doğrudur, bu gün nümayiş xatirinə toylarımızda bir neçə gəlinlik geyinilir. Təbii ki, bu, nümayiş xatirinə, insanlara  göstəriş üçün olunan işdir. Əlbəttə ki, xaricdə belə bir trend yoxdur. Əksinə, onların geyimləri o qədər sadə olur ki, hətta gəlinlik libasında işlənilən parçalar belə sadə, qaşsız, bəzəksiz olur. Onların gəlinlik libası şolk, ipək, dantel, küpür və ya kətandan işlənmiş sadə, yüngül  geyimlərdir".

Çinarə Əliyevanın gəlinliyindən danışan modelyer bildirib ki, deyilən qiymətlər həqiqəti əks etdirmir və şişirdilmiş rəqəmlərdir:

"Gəlinliklərin baha və ya ucuz olması məsələsinə gəldikdə isə bu, bir neçə məqamdan asılı olaraq dəyişkənlik göstərir. Təbii ki, gəlinliyin hazırlanmasında parçalar ön yerdədir. Parçaların keyfiyyəti və onların üzərinə işlənilən qaşların keyfiyyəti və bu qaşların əl ilə işlənməsi geyimə qiymət gətirən amillərdir. Bundan əlavə, ilk verilən geyimlərin qiymətləri bir neçə dəfə kirayə verilən qiymətlərlə eyni olmur.

Çinarə Əliyeva tanınmış simadır. Bu məsələdə reklam şərtləri də var. Yəni sözügedən gəlinliklər təbii ki, o qiymətə deyil, bunlar hədsiz şişirdilmiş qiymətlərdir.

Hər gəlinlik evi tanınmış simaya öz gəlinliklərini ya reklam qarşılığında ya da cüzi bir ödəmə qarşılığında (təbii ki, bura reklam daxildir) verərək öz geyimlərini  istədiyi qiymətdə insanlara çatdıra bilər".

0